Dərc edildi: Baxış sayı: 191
Ukrayna PUA-larla Rusiya ərazisinə kütləvi hücum edib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiya ərazisinə kütləvi hücum edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Bryansk, Belqorod, Voronej və Saratov vilayətlərinə hücum olub.
Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Həmçinin fərdi yaşayış binalarına ziyan dəyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət