Dərc edildi: Baxış sayı: 524
Ukrayna Prezidentinin xanımı xəstəxanaya yerləşdirilib
Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya xəstəxanaya yerləşdirilib.
Ens.az APA-ya istinadən verdiyi xəbərə görə, Y. Zelenskayaya koronavirus səbəbi ilə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Qeyd edək ki, ötən həftə Y. Zelenskayanın COVID-19 testinin nəticəsi pozitiv olub.
V. Zelenski və övladlarından götürülən testin nəticəsi isə neqativ olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət