Slimfit
  1. SİYASƏT

Ukrayna pandemiya ilə mübarizədə yardıma görə Azərbaycana təşəkkür edib

Ukrayna pandemiya ilə mübarizədə yardıma görə Azərbaycana təşəkkür edib
Sakura

Ukrayna pandemiya ilə mübarizədə yardıma görə Azərbaycana təşəkkür edib

Azərbaycan koronavirusla mübarizə aparmaq üçün Ukraynanı 23 ton humanitar yardımla, o cümlədən tibbi maskalar, qoruyucu kostyumlar, termometrlər, dezinfeksiyaedici məhlullar və digər avadanlıqlarla təchiz edib.

Ens.az “Report”-a  istinadən xəbər verir ki, Bakıdan humanitar yardımı aparan təyyarəni “Borispol” beynəlxalq hava limanında Ukrayna Prezidenti Aparatının rəhbər müavini İqor Jovkva qarşılayıb.

Ukrayna Prezident Aparatından verilən məlumata görə, humanitar yardıma 100 min tibbi maska, 5 min qoruyucu kombinezon, həmçinin konraktsız termometrlər, dezinfeksiyaedici məhlullar və digər tibbi avadanlıqlar daxildir.

Qeyd olunur ki, humanitar yardımın göstərilməsinə dair razılıq martın 26-da Ukrayna prezidenti Vladimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı telefon danışığı nəticəsində əldə olunub.

“Ukrayna qlobal koronavirus pandemiyasına qarşı mübarizənin çətin vaxtlarında göstərilən humanitar yardıma görə Azərbaycan Respublikasına və şəxsən Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir. Bu addım Kiyevlə Bakı arasındakı strateji tərəfdaşlığın möhkəmliyinin daha bir sübutudür”, - İ.Jovkva vurğulayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR