Ukrayna ordusunun keçmiş baş komandanına yeni vəzifə veriləcək
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Britaniyadakı səfir vəzifəsinə namizədliyi təsdiqlənib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü il martın 7-də cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb.
Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə məsələ ilə bağlı müvafiq sorğu göndərib.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri orduya rəhbərlik etmiş Zalujnı fevralın 8-də istefa verib. Onun yerinə Quru Qoşunlarının komandanı Aleksandr Sırski təyin edilib.
Mənbə: rbc.ua
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət