Dərc edildi: Baxış sayı: 318
Ukrayna ordusu Baxmutda irəlilədi
Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Baxmut yaxınlığındakı cinahlarda hücum əməliyyatlarını davam etdirir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətinə səfərindən sonra deyib.
"Cəbhədə olan əsgər və komandirlərimizi ziyarət etdim. Müdafiə əməliyyatı davam edir. Hazırda şəhərin ətrafına nəzarət etməyimizə baxmayaraq, onun müdafiəsinin əhəmiyyəti mənasını itirmir. Gələcəkdə bu, bizə əməliyyat vəziyyətində dəyişiklik olduqda şəhərə daxil olmaq imkanı verəcək", - o bildirib.
Qeyd edək ki, ötən gün Rusiya MN Baxmutun tam işğal olunduğunu açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət