Ukrayna mediası İlham Əliyevin islahatlarından yazdı
Ukraynanın “Qolos Ukraini” qəzeti Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edib.
Axar.az xəbər verir ki, “Azərbaycan: Məclisə seçkilər gündəmdədir” sərlövhəli məqalədə Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılaraq parlament seçkilərinin keçirilməsi təşəbbüsü qeyd olunub. Yazıda bildirilir ki, bu təşəbbüsü qəbul edən parlament yeni seçkilərin keçirilməsi üçün Prezident İlham Əliyevə müraciət edib.
Məqalə müəllifi yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində həyata keçirilən struktur və kadr dəyişiklikləri cəmiyyət tərəfindən müsbət qiymətləndirilir.
Məqalədə parlament seçkilərində iştirak edəcək namizədlərin sayı və təbliğat kampaniyası barədə də məlumat yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət