Dərc edildi: Baxış sayı: 219
Ukrayna MDB-də daha bir sazişdən çıxdı
Ukrayna MDB-yə üzv ölkələrin mülki aviasiyasının modernləşdirilməsinə dair sazişdən çıxıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə Ukrayna Ali Radasındakı hökumət nümayəndəsi Taras Melniçuk məlumat verib.
O qeyd edib ki, bu qərar milli təhlükəsizlik və respublikanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə qəbul edilib.
Qeyd edək ki, daha öncə Ukrayna Rusiya ilə sərhədyanı ərazilərdə əməkdaşlıq haqqında sazişdən də çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət