Slimfit
  1. DÜNYA

Ukrayna hökuməti təyyarə qəzasında həlak olanların ailəsinə ödəyəcəyi məbləği açıqladı

Ukrayna hökuməti təyyarə qəzasında həlak olanların ailəsinə ödəyəcəyi məbləği açıqladı
Sakura

Ukrayna hökuməti təyyarə qəzasında həlak olanların ailəsinə ödəyəcəyi məbləği açıqladı

Ukrayna hökuməti İranda Ukrayna laynerinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 200 min qriven (təxminən 14 min AZN) ödəyəcək. Bu barədə ölkənin Nazirlər Kabinetinin saytında məlumat verilib.

Bundan başqa, Baş nazir Aleksey Qonçarukun açıqlamasına görə Ukrayna Hava Yolları kollektiv müqaviləyə uyğun olaraq ekipaj üzvlərinin ailələrinə ödənişlər edəcək.

Kiyev Monreal Konvensiyasına uyğun olaraq sığorta ödənişlərinin düzgün həyata keçirilməsini izləyəcək və həmçinin İrandan təzminat tələb edəcək.

Qeyd edək ki, bortunda 176 nəfər olan Ukrayna təyyarəsi yanvarın 8-də Tehranın hava limanından çıxandan az sonra qəzaya uğrayıb.. Yanvarın 10-da Tehran rəsmi olaraq təyyarəni səhvən  vurduğunu etiraf edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR