Ukrayna dairəsinin istifadəyə veriləcəyi dəqiq vaxt məlum oldu
Bakının Xətai rayonu ərazisindəki Ukrayna dairəsində başlanan təmir işləri başa çatmaq üzrədir.
Bu barədə özəl olaraq Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, artıq dairənin bir hissəsində təmir işləri tam başa çatıb: "Dairənin Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Gəncə prospekti ilə kəsişmə hissəsində təmir işləri yekunlaşıb. Həmin hissə sürücülərin istifadəsinə verilib. Hazırda Fəhlə prospektinə çıxış hissədə asfaltlanma işləri gedir. İyulun 19-da təmir işləri tam başa çatacaq və dairə tam olaraq istifadəyə veriləcək".
Xatırladaq ki, Xətai rayonu ərazisindəki Ukrayna dairəsi iyulun 12-də təmirə bağlanıb. Dairənin asfalt beton döşəməsi yenilənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət