Slimfit
  1. DÜNYA

Ukrayna çökərsə, Çin Tayvana hücum edə bilər - Polşanın baş naziri

Ukrayna çökərsə, Çin Tayvana hücum edə bilər - Polşanın baş naziri
Sakura

Ukrayna çökərsə, Çin Tayvana hücum edə bilər - Polşanın baş naziri

Polşanın Baş naziri Mateuş Moravietski deyib ki, Ukrayna müharibəni uduzsa Çin Tayvana hücum edə bilər.

Redaktor.az "Sky News"a istinadla xəbər verir ki, o, belə bir bəyanatla Vaşinqtonda Atlantik Şurasının iclası zamanı çıxış edib.

Onun fikrincə, bu halda Çin “işğal etməyə həvəsləndirilə bilər”.

Nazir qeyd edib ki, o, müharibə ilə Tayvandakı vəziyyət arasında çoxlu qarşılıqlı əlaqə və asılılıq görür.

“Allah eləməsin, Ukrayna yıxılarsa, Ukrayna zəbt olunarsa, ertəsi gün Çin Tayvana hücum edə bilər”, - Mateuş Moravietski deyib.

Amerika Birləşmiş Ştatları Çinin 2027-ci ildə Tayvan üzərində mümkün müharibəyə hazırlaşmasından narahatdır.

Kəşfiyyat məlumatlarına görə, Çin ordusu o vaxta qədər ABŞ-ın münaqişəyə hər hansı müdaxiləsinin qarşısını almaq üçün kifayət qədər güclü olmaq istəyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR