Dərc edildi: Baxış sayı: 471
Ukrayna ABŞ-dakı seçkilərə müdaxilə edibmiş: “Əlimizdə ifşaedici sənədlər var”
ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culiani bildirib ki, Ukraynanın 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxiləsinə dair əlində sübutlar var.
"Vicdanlılar üçün bir dərs. Heç vaxt şayiələr əsasında günahlandırmayın. Mən bunu etmədim (şayiələrə əsaslanmıram), Ukrayna 2016-cı il prezident seçkilərinə qanunsuz müdaxilə etməkdə şübhəli bilindikdə, bunu isbat etmək üçün birbaşa sübutlar, videolar və ifşaedici sənədlər əldə etdim. Baxın və gözləyin! ",- deyə Culiani bildirib.
Azvision.az-ın məlumatına görə, CNN-ə açıqlama verən vəkil amerikalı kəşfiyyat agentinin sabiq vitse-prezident Co Bayden və ailəsinin işini araşdırmaq üçün Ukraynaya təzyiq göstərmək cəhdlərində iştirak etməsi ilə bağlı ittihamlarını cəfəngiyat adlandırıb.
O bildirib ki, ehtiyac yarandığı təqdirdə Dövlət Departamenti səlahiyyətlilərinin Ukrayna işi üzrə dəstək ifadə edən məlumatlarından özünü müdafiə üçün istifadə edəcək.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət