Dərc edildi: Baxış sayı: 342
Ukrayna 19 min dövlət qulluqçusunu ixtisar edəcək
Ukraynanın dövlət qurumlarında 19 minə yaxın işçi ixtisar edilir.
Bu barədə Nazirlər Kabinetinin naziri Dmitro Dubilet açıqlama verib.
“İxtisara salma qərarı asan deyil, lakin zəruridir. Dövlət qurumlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artırırıq”, - deyə Dubilet bildirib.
İxtisarlar əsasən regional administrasiyalara şamil olunacaq.
Ukrayna hökuməti hesab edir ki, dövlət qurumlarında funksiyaların bir hissəsi təkrarlanır, bir hissəsi köhnəlmiş və təsirsizdir. Bəzi qurumlar birləşdirilir.
Dubilet qeyd edib ki, ixtisara düşən işçilərə 2 ay müddətində xəbərdarlıq ediləcək və onlara bütün kompensasiya xərcləri, o cümlədən istifadə olunmamış illik məzuniyyət xərcləri ödəniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət