Dərc edildi: Baxış sayı: 462
Uhanda tikilən müvəqqəti xəstəxanaların əksəriyyəti bağlanıb
Stadionlarda və sərgi mərkəzlərində qurulan Uhan şəhərinin 14 müvəqqəti xəstəxanasından 11-i artıq bağlanıb.
“Epidemiya başladıqdan sonra Uhanın bır sıra stadion və sərgi mərkəzləri xəstəxanalara çevrilmişdi. Lakin, hal-hazırda xəstələrin çoxu sağaldığı üçün onların əksəriyyəti bağlanıb”, - deyə Çinin mərkəzi televiziyası xəbər yayıb.
Qalan xəstələr isə xüsusi xəstəxanalara yerləşdirilib.
Qeyd etmək lazımdır ki, son günlər Uhanda epidemiya ilə bağlı vəziyyət getdikcə yaxşılaşır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət