Uğursuz insanların 7 vərdişi
Heç kim mükəmməl deyil – çoxumuz həyatımızın müəyyən vaxtlarında pis vərdişlər qazanmışıq.
• Çox vaxtı bu pis vərdişlər həyatınızı alt-üst etmir.
• Yenə də uğura gedən yolun qarşısını kəsən bu vərdişlərdən azad olmağınız lazımdır.
Pis vərdişlər öz-özlüyündə böyük bir şey kimi görsənmir, lakin həyatınıza və karyeranıza neqativ təsir edə bilər.
Əlbəttə ki, heç kim mükəmməl deyil. Çox hallarda, pis vərdişlər sadəcə kiçik problemlərlə nəticələnir. Lakin, bəzi hallarda, pis vərdişlərin bəziləri sizin uğur qazanmaq arzularınızı ürəyinizdə qoya bilər.
Uğursuz insanların 9 pis vərdişləri:
1. Siz hər zaman gecikirsiz.

Bəzi hallar ola bilər ki, siz gecikə bilərsiniz. Bu, normaldır. Lakin, mütəmadi gecikmələr professional aləmdə qəbul edilməzdir. Gecikmək insanlarda sizin haqqınızda laqeyd və etibarsız bir insan təəssüratı yaradır.
2. Kin saxlayırsınız.
Həyatınızda müəyyən insanlardan xoşlanmamağınız normaldır.
Lakin, uzun müddət kin saxlamaq sizin dəyərli vaxtınızın və enerjinizin hədər olması deməkdir. Bəzi tibbi araşdırmalara görə, kin saxlamağın sağlamlığa mənfi təsirləri var.
Ona görə də boş verin getsin.
3. Siz lazım olandan artıq xərcləyirsiniz.
Əgər pul sizin cibinizi yandırırsa, siz onda özünüzü uzun müddətli maliyyə burulğanına hazırlayın. Pula qənaət etmək maliyyə gələcəyiniz üçün vacibdir.
Həddən çox xərcləmək vərdişi ilə bağlı psixoloji problemləri müəyyən etməyə çalışın.
4. Siz ertələyirsiniz.
Sizə ertələməyin pis cəhətləri haqqında sonra danışacam.
Zarafat edirəm. Ertələməklə siz vaxtınızı, pulunuzu və hətta insanların sizə qarşı olan hörmətini itirirsiniz.
5. Siz yalan danışırsınız .
Bu çox sadədir. Dürüst olun. Kiçik yalanlar daha sonra daha böyük yalanlara çevrilir. Bu vərdişdən azad olun.
6. Siz körpüləri yandırırsınız.
Qulaq asın. Həyatda və karyerada qarşınıza çıxan şəxs zərərlidirsə, bəzi körpüləri yandırmağınız lazımdır. Lakin, bu hallar istisna olmalıdır, qayda yox. Karyeranızda müxtəlif mərhələləri keçdikcə, münasibətdə olduğunuz insanlara üz döndərməyin.
Onlarla yenidən yollarınız kəsişsə, bunun sizə əks-təsiri olacaq.
7. Öz qayğınıza qalmırsınız.
Siz dünyada bütün uğurları əldə etsəniz də, lakin sağlamlığınızı qorumursunuzsa, qazandığınız uğurlar uzun müddətdə bir məna kəsb etmir. Stresin sizi idmanı unutmağınıza, zəif qidalanmağınıza və özünüzü yaddan çıxartmağınıza imkan verməyin.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət