Uğurlu yaşlanma və uzunömürlülük sirləri
Ens.az bildirir ki, tam yuxu almaq - istirahətin düzgün təşkili ilə bağlı mütəxəssislərin birinci tövsiyəsidir. Əgər yuxu vaxtınızı azaltmağa məcbur qalırsınızsa, o halda yatağa adi haldan ən az 15 dəqiqə əvvəl uzanmağınız məsləhət görülür. Bu, həftədə iki saat tam yuxu müddəti deməkdir.
İkinci məsləhət, həftə sonu uzun müddət yataqda qalmamaqdır. Çünki hər şey həddində yaxşıdır. Belə bir qayda var - istirahət günlərində iş günləri ilə müqayisədə iki saatdan gec olmayaraq qalxmaq lazımdır. Həftə sonu bundan artıq yatası olsaq, təsəvvür edin ki, sanki üzü qərbə tərəf bir neçə saat uçuruq. Bazar ertəsi isə əksinə- geriyə üzü şərqə tərəf "uçuş edirik". Bu, orqanizmə ağır stress yaşatmış olur.
Üçüncü qayda bədən tərbiyəsi ilə məşğul olmaqdır, çünki idman sağlam yuxu və stres səviyyəsini təmin etmək üçün universal bir mexanizmdir. Gəzinti, ürək-damar trenajorlarından istifadə, qaçış və ya üzgüçülük də yaxşı kömək edir.
Kafeindən imtina etmək növbəti qaydadır. Heç olmasa günortadan sonra gümrahlaşdırıcı içkilərdən çəkinin. Əks təqdirdə, sizi canladnırmaq əvəzinə, yuxuya səbəb olacaqdır.
Son tövsiyə yataq otağında gigiyenadır. Yatmazdan qabaq otağı havalandırın, qaranlıqlaşdırın, elektron cihazları kənara qoyun, təmiz və xoş gecə geyimləri və yataq dəstlərinə diqqət yetirin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət