Slimfit
  1. PSİXOLOGİYA

Uğurlu və uğursuz insanlar boş vaxtlarını necə keçirirlər?

Uğurlu və uğursuz insanlar boş vaxtlarını necə keçirirlər?
Sakura

Uğurlu və uğursuz insanlar boş vaxtlarını necə keçirirlər?

Amerika psixoloqları əmindir ki, uğurlu insanları uğursuzlardan fəaliyyəti fərqləndirir. Birincilər gəzərək, dostlar və ya qohumlarla görüşərək istirahət edirlər. İkincilər isə belə tədbirlərdən daha da yorulurlar. Bu həm də başlanğıcdır.

Uğursuzlar insanlardan qaçır, çünki rahat olmaq istəyirlər. Lakin onlarda heç nə alınmır, çünki onlar insanlarla əlaqədən özlərini qəsdən saxlayırlar və bundan daha da gərgin olurlar.

Gərginlik stressə keçir, bundan da uğursuzlar hətta qanuni istirahət günlərində belə qurtula bilmirlər. Fikirlərindən yayınmaq üçün onlar impulsiz alış-veriş edərək mənasız əşyalar alaraq çoxlu pul xərcləyirlər. Xüsusilə bu davranış bayram günlərində ciblərini boşaldır.

Uğursuzlar daim bəhanə edərək düzgün olmayan seçimlər etməyə meyllidirlər. Buna görə onlar istirahət günlərində işləməyə davam edərək instiktiv olaraq özlərini cəzalandırırlar. Çünki belə insanlar vaxtlarını düzgün bölüşdürə bilmirlər, lakin həmişə yorğunluq və işlərlə ümumi yüklənməkdən şikayətlənərək özlərindən yazığı gəlir. Psixoloqlar işləri əvvəlcədən planlaşdırmağı və qrafikə uyğunlaşmağa çalışmağı məsləhət görür: istirahət günü bir neçə saat işə ayırın, sonra isə işləri yeni iş həftəsinə saxlayın.

Belə metod iş haqqında olan daimi fikirlərdən qurtulmağa kömək edəcək, bu da stressdən, planlaşdırılmamış alış-verişdən və insanlardan daha uzaqda gizlənməkdən çəkindirəcək. İş məsələlərindən qısa müddətdə uğurlu xilas olmaq beyində mükafat sistemini buraxacaq, güc verəcək və tənbəllikdən xilas edəcək. Əgər sağlamsınızsa və hərəkət edə bilirsinizsə, istirahət günlərini yataqdan qalxmamaqla keçirmək olmaz!

Bayram günlərində uğursuzları uğurlu insanlardan həmçinin risk etmək, yeni bir şeyi sınamaq və avantüraya düşmək fərqləndirir. Onlar dörd divar arasında oturaraq rahat sosial şəbəkələrə qalmağa, yeni sezon seriala baxmağa, səfərə və ya gəzintiyə yollanmamağa üstünlük verirlər.

Psixoloqlar vurğulayır: sizin rahat olmaq istəyiniz normaldır. Lakin divanda keçirilmiş bir neçə gün haqqında siz peşman olacaqsınız, yəni siz yenə də rahat ola bilməyəcəksiniz.

Əgər siz təsadüfən özünüzü tapdınızsa, yadda saxlayın ki, gec-tez istirahət günlərində qrafiki dəyişməli, öz vaxtınız dəyərləndirməli, mobil telefonu söndürməli və ən azından parkda gəzməli olacaqsınız.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR