Dərc edildi: Baxış sayı: 924
Uğurlu satış təmsilçisi olmağın 6 yolu
Şirkətlərin ən əhəmiyyətli şöbələrindən biri satış şöbəsidir. Məhsulu satmaq qabiliyyəti bəlkə də işin ən çətin hissəsidir. Satış nümayəndələri necə uğurlu satış edə bilər? Satış zamanı hansı üsullardan istifadə olunmalıdır?
Satışda uğur qazanmaq üçün nə lazımdır?
- Sakit olmaq - Bir satış nümayəndəsi üçün həmişə gülərüz olmaq ən vacib şərtlərdəndir. Satış təmsilçiləri hər gün onlarla fərqli-fərqli insanlarla tanış olur. Bu insanlar həmişə istədikləri reaksiyanı verə bilməzlər. Bu vəziyyətdə bəzən satıcı özünə hakim ola bilməz. Lakin təəssüf ki, satış nümayəndələri öz hisslərini ifadə etməməlidirlər. Satıcı gülümsəməli və müştərinin suallarını gülərüzlə cavablandırmalıdır.
- Satdığınız məhsulu yaxşı tanıyın – Məsələn, bir texnoloji marketdə işləyirsinizsə, əlinizdə olan müxtəlif markalı telefonları satmalısınız. Bunun üçün onları tək-tək nəzərdən keçirib araşdırmağınız, hər birinin fərqli özəlliklərini anlatmağınız lazımdır.
- Sektoru araşdırın - Sizin kimi, bu sahədə çalışan minlərlə insan var. Amma adətən işlərini yaxşı bilənlər ön plana çıxırlar. Bunun üçün işlədiyiniz sektoru yaxşı araşdırmaq lazımdır. Sektorda nə ön plandadır, nələr dəyişir, yeni tendensiyalar nələrdir suallarını cavablandırmaq lazımdır.
- Rəqiblərinizi araşdırın - Satış sahəsində tək işləmirsiniz. Çalışdığınız şirkətin 10-dan çox rəqibi ola bilər. Hər bir şirkət özünəxas satış siyasətinə malikdir. Bu halda, rəqibləri araşdırmaqla hətta yeni bir strategiya əldə edə bilərsiniz. Rəqibləri araşdıraraq işinizi təqib edirsiniz. Fərqləri aradan qaldıraraq ön plana çıxma ehtimalınız daha çoxdur.
- Tez əlaqə - Yaşadığımız dünyada texnologiya ilə ünsiyyət daha da asanlaşdı. Belə olan halda müştəri də vaxt itirmək istəmir. Müştərilərinizi yaxşı araşdırıb onlara uyğun dildə ünsiyyət qurmağınız vacibdir. Bəli, satdığınız məhsul eynidır, lakin müştərilər fərqlidir. Bunun üçün praktik düşünmək və digər tərəfi yaxşı təhlil etmək lazımdır. Beləliklə, doğru ünsiyyət bir şərtdir.
- Nəticəyə yönəlmək – Satışa başlamazdan əvvəl özünüzü müvəffəqiyyətə yönəltməlisiniz. Hamının bildiyi bir ümumiləşdirmə var; uğurun yarısı istəməkdir. Əgər məhsulu satmaq istəyirsinizsə uğurlu olacağınıza inanın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət