Slimfit
  1. PSİXOLOGİYA

Uğurlu rəhbər olmaq üçün lazım olan bacarıqlar

Uğurlu rəhbər olmaq üçün lazım olan bacarıqlar
Sakura

Uğurlu rəhbər olmaq üçün lazım olan bacarıqlar

1. İşçilərinizin iş yerində özlərini etibarlı hiss etmələrini təmin edin.

Uğurlu rəhbərlər hər zaman işçilərinin mənfəətini özününkindən üstün tutar və iş yerində işçilərin özlərini əminlikdə hiss etmələrini istəyərlər. İşçilər haqqlarından sui-istifadə edilməyəcəyindən əmin olmalıdırlar. Əldə etdikləri uğursuzluqlardan dərs çıxarıb onlardan inkişaf etmək üçün bir vasitə olaraq istifadə etməkləri üçün özlərini əminlikdə hiss etməli və rəhbərlərinin onlara etibar etdiyini bilməlidirlər. Bu halda işçilər də öz növbəsində çalışdıqları müəssisə və onun prestiji üçün var gücləri ilə çalışacaqlar.

2. Lazım gəldikdə fikrinizi dəyişdirə bilməlisiniz.

Dahi insanlar belə səhvə yol verə bilərlər, odur ki, rəhbərlər də  səhvlərini qəbul etdikləri zaman daha uğurlu hesab edilirlər. Təəssüf ki, bir çox rəhbərlər məhz bu mövzuda zəif görünməmək üçün səhvə yol verdiklərini başa düşsələr belə, qərarlarını və ya fikirlərini dəyişdirmirlər. Lakin, bir şeyin səhv olduğunu etiraf etməklə komandanızı və şirkətinizi bu vəziyyətdən xilas etmək daha böyük cəsarət tələb edir.

3. Komanda birliyinin əhəmiyyətini başa düşməlisiniz.

Bəzən komandanızın üzvləri ilə birlikdə sosial fəaliyyətlərlə məşğul olmaq məcburi xarakter ala bilər.

Ancaq, komanda ilə aranızda əsl bağ qura bilməyiniz üçün onları yaxından tanımalısınız. Komanda üzvlərinin həyat hekayələrini dinləmək və sosial fəaliyyətlərlə məşğul olmaq, uğurlu rəhbərin komandası ilə arasında yaranacaq inam duyğusunun formalaşdırılmasının ən yaxşı üsuludur.

Komanda üzvləriniz ilə ortaq maraqlarınız və onların karyera planları haqqında söhbət etmək həm sizin münasibətlərinizi gücləndirəcək həm də komanda üzvlərinin bir-biri ilə olan dialoquna da müsbət təsir göstərəcək.

4. Özünüzü başqalarının yerinə qoymağı bacarmalısınız.

Beyninizin empatiyaya sövq edən hissəsi ayna sistemidir. Bu, qarşınızdakı insanın etdiklərini nə üçün etdiyini başa düşməyinizə kömək edir. Lakin, digər insanlara qarşı vəzifəcə üstünlüyünüz olduğunda bu ayna sistemi hərəkətə keçməyə və bu vəziyyət sizi, özünüzü başqalarının yerinə qoymaqdan məhrum edə bilər.

Iş yerində kimsə sizi əsəbləşdirəcək bir söz söylədikdə bir anlığa dayanın və həmin insanın vəzifəsinə baxın. Əgər həmin şəxsin vəzifəsi sizdən yüksəkdirsə, bu halda özünüzü necə hiss edirsiniz? Bu baxış tərzi ilə mütləq bəzi şeylər dəyişəcəkdir. Bu formada həll yolunu daha rahat tapacaqsınız.

5 Ən yaxşı işçiləri qiymətləndirməlisiniz.

Uğurlu rəhbərlər komanda üzvlərinə özlərini necə dəyərli hiss etdirməyin yolunu bilməlidir. Ən yaxşı işçiləri yüksək qiymətləndirmək, özlərini inkişaf etdirməyə davam etmələrini dilə gətirmək və onları mükafatlandırmaq digər işçilərin də motivasiyasını artıracaqdır.

Tamara Mustafayeva, banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR