Slimfit
  1. DÜNYA

İtaliya Fələstin dövlətinin qurulması üçün dəstək olmağa hazırdır

İtaliya Fələstin dövlətinin qurulması üçün dəstək olmağa hazırdır
Sakura

İtaliya Fələstin dövlətinin qurulması üçün dəstək olmağa hazırdır

“İtaliya vahid Fələstin dövlətinin qurulması üçün dəstək olmağa hazırdır”.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Hazırda Qəzzada və İordan çayının qərb sahilində fərqli idarəetmə mexanizmləri mövcuddur. Buna görə də Fələstində vahid idarəçilik yoxdur. İtaliya İsraili tanıyan və İsrail tərəfindən tanınan Fələstin dövlətinin qurulması üçün BMT vasitəsilə qoşun göndərməyə hazırdır”, - deyə Baş nazirin müavini bildirib.

Antonio Tayani Livandakı gərginliyin artma riskinin yüksək olduğunu deyərək mülki şəxslərlə bağlı narahatlığını bildirib: “İtaliya həm Livanda, həm də Qəzzada atəşkəs üçün səylərini əsirgəmir. Gərginliyi azaltmaq üçün diplomatik səylər davam edir. Fövqəladə vəziyyəti yaxından izləyirik, İtaliya vətəndaşlarını dərhal bölgəni tərk etməyə çağırırıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR