Slimfit
  1. İDMAN

UFC təxribata əl atan ermənini cəzalandırdı

UFC təxribata əl atan ermənini cəzalandırdı
Sakura

UFC təxribata əl atan ermənini cəzalandırdı

UFC-də keçirdiyi son döyüşə qondarma "dqr”in "bayrağ"ı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb.

Ens.az Sportal.az-a istinadən xəbər verir ki, təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə, qurumun prezidenti Dana Uayt qondarma bayrağın rinqə keçirilməsinə icazə verən 20 illik işçini UFC-dən qovub.

UFC-dəki böyük döyüşlərə "Reebok" sponsorluq edir. İdmançılardan yalnız bu şirkətin markası və loqosu ilə rinqə girmək tələb olunur. "Reebok" şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb və onu maliyyələşdirməkdən imtina edib.

Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.

Las-Veqasda Derek Brunson ilə qarşılaşan Edmen Şahbazyan rəqibinə uduzub, xəstəxanalıq olmuşdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR