Slimfit
  1. İDMAN

UFC prezidenti Həbib Nurməhəmmədovun potensial rəqiblərini açıqlayıb

UFC prezidenti Həbib Nurməhəmmədovun potensial rəqiblərini açıqlayıb
Sakura

UFC prezidenti Həbib Nurməhəmmədovun potensial rəqiblərini açıqlayıb

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt yüngül çəkidə çempion titulunun sahibi Həbib Nurməhəmmədovun potensial rəqiblərini açıqlayıb.

Report” xəbər verir ki, UFC rəhbəri ESPN-ə açıqlamasında 30 yaşlı rusiyalı idmançı ilə irlandiyalı Konor Makqreqor arasında revanş döyüşünün də keçirilməsini istisna etməyib. 

“Nurməhəmmədov - Makqreqor döyüşü bütün rekordları qırdı. Bu, möhtəşəm qarşılaşma idi. Həbib qalib gəldi və bu, o deməkdir ki, artıq amerikalılar - Toni Ferqyuson və Dastin Puarye ilə döyüşə, eləcə də Makreqor onunla revanş görüşü keçirə bilər”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov bu ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində baş tutan döyüşdə Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR