Dərc edildi: Baxış sayı: 572
UFC növbəti turnir üçün idmançılara qoyulan tələbləri gücləndirdi
Mütləq Döyüş Çempionatı (UFC) iştirakçıların mayın 31-də Las-Veqasda keçiriləcək turnirə qəbul edilməsinə dair tələbləri gücləndirib.
Bu barədə ESPN məlumat yayıb.
Tələblərə əsasən, bütün döyüşçülər iki dəfə koronavirus testindən keçməlidirlər (birincisi - hoteldə qeydiyyata alındıqda, ikincisi - çəki prosedurundan keçdikdən sonra).
Əgər testlərdən biri müsbət nəticələnərsə, idmançı bütün komanda üzvləri ilə birlikdə hoteldə qalmalı və UFC-nin tibbi heyətinin göstərişlərini gözləməlidir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət