Dərc edildi: Baxış sayı: 337
Uels millisi daha iki futbolçusunu Bakıya gətirə bilməyəcək
Uels yığması daha iki futbolçusu Azərbaycan millisi ilə AVRO-2020-nin seçmə mərhələ oyununda iştirak etməyəcəklər.
“Report” BBC-yə istinadən xəbər verir ki, qapıçı Denni Uord şəxsi işləri (“Lester”, İngiltərə), hücumçu Tom Lourens isə (“Derbi”, İngiltərə) xəstələndiyi üçün Bakıya səfər edəcək heyətdən çıxarılıblar.
Bunadək İngiltərənin “Aston Villa” klubunun formasını geyinən müdafiəçi Nil Teylorun şəxsi işləri ilə əlaqədar yığmanın düşərgəsini tərk etdiyi açıqlanmışdı.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Bundan 3 gün sonra britaniyalılar Macarıstanı qəbul edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət