Dərc edildi: Baxış sayı: 510
UEFA Serbiya klubunu cəzalandırıb
UEFA İntizam Komitəsi Serbiyanın "Srvena Zvezda" klubunu cəzalandırıb.
"Report" xəbər verir ki, səbəb Litva "Suduva"sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunu zamanı baş verənlər olub. İyulun 24-də Belqradda keçirilmiş görüşdə serbiyalı fanatlar irqçi şüarlar səsləndiriblər.
Avropa futbol qurumu "Srvena Zvezda"nı qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirmə cəzasına və 72 min avro cəriməyə məruz qoyub. Daha əvvəl klub doğma azarkeşlərindən 1 oyunluq məhrum edilmişdi. Lakin qayda pozuntusu təkrarlandığından, belqradlılara cəzası ikiqat artırılıb.
Qeyd edək ki, "Suduva" ilə görüş "Srvena Zvezda"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət