Slimfit
  1. İDMAN

UEFA Millətlər Liqası: Bu gün daha bir yarımfinal oyunu keçiriləcək

UEFA Millətlər Liqası: Bu gün daha bir yarımfinal oyunu keçiriləcək
Sakura

UEFA Millətlər Liqası: Bu gün daha bir yarımfinal oyunu keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında daha bir yarımfinal görüşü keçiriləcək.

"Report"un məlumatına görə, finala növbəti vəsiqə uğrunda görüşdə Hollandiya və İngiltərə yığmaları üz-üzə gələcək.

Bu komandalar 23 ildən sonra yenidən qarşılaşacaqlar. İki komanda arasında 1996-cı il Avropa çempionatına təsadüf etmiş ilk matçda İngiltərə böyük hesabla qalib gəlib - 4:1. Komandaların indiki heyətlərindən 10 futbolçu həmin vaxt dünyaya gəlməmişdi.

İngiltərə son 7 oyununda uduzmayıb. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv bu görüşlərdən 5-də qələbə qazanıb.

Hollandiya A Liqasında Fransa və Almaniya yığmaları ilə birgə yer aldığı 1-ci qrupun qalibi olub. İngiltərə isə 4-cü qrupda İspaniya və Xorvatiyanı geridə qoyub.

Qeyd edək ki, bugünkü qarşılaşmanın qalibi finalda Portuqaliya ilə görüşəcək. Məğlub komanda isə 3-cü yer uğrunda matçda İsveçrəyə rəqib olacaq. Son oyunlar iyunun 9-da keçiriləcək.

UEFA Millətlər Liqası

Yarımfinal

6 iyun

22:45. Hollandiya - İngiltərə

Baş hakim: Kleman Turpen (Fransa)

"Estadio D.Afonso Enrikes", Gimaraynş (Portuqaliya).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR