Slimfit
  1. İDMAN

UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro

UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro
Sakura

UEFA-dan “Qarabağ”a 1 milyon 140 min avro

2018/19 mövsümündə avrokuboklarda iştirak edən Azərbaycan klubları UEFA-dan vəsait alıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasında çıxış edən “Qarabağ” 1 milyon 140 min, Avropa Liqasında mübarizəni dayandıran “Keşlə”, “Qəbələ” və “Neftçi” hərəyə 240 min avro qazanıb.

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

Qeyd edək ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Keşlə” (sabiq “İnter”) klubu üçün ayrılmış 25.010 avro vəsait 2017-ci ildə  “İnter”  Futbol Klubunun  borcları  AFFA tərəfindən  ödənildiyi üçün AFFA-nın balansında saxlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR