Dərc edildi: Baxış sayı: 347
UEFA-dan Belarusa cəza
UEFA Belarus Futbol Federasiyasını (ABFF) 3 min avro məbləğində cərimələyib.
Komanda.az xəbər verir ki, buna belaruslu azarkeşlərin UEFA Millətlər Liqasının 2-ci turunda Moldova ilə səfər matçı zamanı pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.
Bununla əlaqədar yerli federasiya oktyabrın 12-də Lüksemburq, oktyabrın 15-də Moldova ilə keçirəcəkləri ev oyunları zamanı azarkeşlərdən qaydaları pozmamalarını və ictimai asayişə əməl etmələrini istəyib.
Qeyd edək ki, D Liqasının 2-ciqurupunda keçirilmiş Moldova - Belarus matçı qolsuz bərabərliklə başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət