UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb
Aprelin 16-17-də keçiriləcək UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, türkiyəli FIFA referisi Cüneyt Çakır İngiltərə komandaları “Mançester Siti” və “Tottenhem” klubları arasında keçiriləcək görüşdə baş hakim funksiyasını yerinə yeyirəcək. Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.
Mançester şəhərində təşkil olunacaq görüş aprelin 17-də Bakı vaxtı saat 23:00-da başlayacaq. Londondakı matçda “Tottenhem” minimal hesablı qələbə qazanıb - 1:0.
Mərhələnin digər oyunları - “Barselona” (İspaniya)-“Mançester Yunayted” (İngiltərə) qarşılaşmasını almaniyalı Feliks Brıx (ilk oyun 1:0), “Yuventus” (İtaliya) - “Ayaks” (Hollandiya) matçını fransalı Klement Turpin (ilk oyun 1:1), “Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək (ilk oyun 0:2). “Barselona”-“Mançester Yunayted”, “Yuventus”-“Ayaks” qarşılaşmaları aprelin 16-da, “Porto”-“Liverpul” oyunu isə aprelin 17-də təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət