Slimfit
  1. İDMAN

UEFA Çempionlar Liqasını qazana bilməyən ən yaxşı məşqçilərin reytinqi açıqlanıb

UEFA Çempionlar Liqasını qazana bilməyən ən yaxşı məşqçilərin reytinqi açıqlanıb
Sakura

UEFA Çempionlar Liqasını qazana bilməyən ən yaxşı məşqçilərin reytinqi açıqlanıb

 Böyük Britaniyanın “FourFourTwo” jurnalı UEFA Çempionlar Liqasını (ÇL) qazana bilməyən ən yaxşı məşqçilərin reytinqini açıqlayıb.

Report” xəbər verir ki, siyahıya İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone başçılıq edir.

Argentinalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv iki dəfə finalda “Real Madrid”ə uduzub.

“Top-12”də fransalı Arsen Venger, ukraynalı Valeri Lobanovski, italiyalı Antonio Konte, almaniyalı Yurgen Klopp və rumıniyalı Mirça Luçesku kimi tanınmış məşqçilər yer alıb.

1. Dieqo Simeone (“Atletiko”)

2. Arsen Venger (“Monako”, “Arsenal”)

3. Valeri Lobanovski (Kiyev “Dinamo”su)

4. Yurgen Klopp (Dortmund “Borussiya”sı, “Liverpul”)

5. Bobbi Robson (“Nyukasl”, “Portu”)

6. Massimiliano Alleqri (“Milan”, “Yuventus”)

7. Mirça Luçesku (“Qalatasaray”, “Şaxtyor”, “İnter”, “Beşiktaş”, “Rapid”)

8. Kenni Dalqliş (“Nyukasl”)

9. Otto Rehagel (“Verder”, “Kayzerslautern”)

10. Didye Deşam (“Monako”, “Marsel”)

11. Uani Emeri (Moskva “Spartak”ı, “Valensiya”, “Sevilya”, PSJ)

12. Antonio Konte (“Yuventus”, “Çelsi”)

Qeyd edək ki, siyahıda baş məşqçilərin ÇL-də oyuna çıxardığı komandaların adları qeyd olunub. Qitənin ən nüfuzlu turnirini hamıdan çox - 3 dəfə qazanan 3 məşqçi var. Bunlar ingiltərəli Bob Peysli, italiyalı Karlo Ançelotti və fransalı Zinəddin Zidandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR