Dərc edildi: Baxış sayı: 628
UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib
UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün ən yaxşı qolu müəyyənləşib.
"Report"un məlumatına görə, İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin yarımfinal mərhələsinin ilk oyununda İngiltərə "Liverpul"una cərimə zərbəsindən vurduğu qol mövsümün ən yaxşısı seçilib.
Qeyd edək ki, qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşsa da, mersisaydlılar cavab oyununda rəqib qapısından 4 cavabsız top keçirərək finala yüksəlib. "Liverpul" finalda İngiltərənin digər təmsilçisi "Tottenhem"i 2:0 hesabı ilə məğlub edərək 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət