Slimfit
  1. İDMAN

UEFA Çempionlar Liqası 1/8 finalının iştirakçı klublarına videokömək sistemini izah edib

UEFA Çempionlar Liqası 1/8 finalının iştirakçı klublarına videokömək sistemini izah edib
Sakura

UEFA Çempionlar Liqası 1/8 finalının iştirakçı klublarına videokömək sistemini izah edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqası 1/8 finalının iştirakçı klublarına hakimlərə videokömək sisteminin (VAR) tətbiqini izah edib. UEFA-nın mətbuat xidmətinin məlumatında bildirilir ki, bu təqdimat Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən iclasda aparılıb.

Strategiya.az TASS agentliyinə istinadla xəbər verir ki, hakimlərə videokömək sistemi ilk dəfə Çempionlar Liqasının matçlarında tətbiq olunacaq. İclasda 16 iştirakçı klubun hər birinin məşqçiləri, məşqçi köməkçiləri və təmsilçiləri iştirak ediblər. UEFA-nın hakimlər komitəsinin rəhbəri Roberto Rozetti komandalara VAR sisteminin hansı hallarda tətbiq ediləcəyini izah edib: sistem hakimin dörd nəfərdən ibarət olan video-köməkçilərinin matçın həlledici epizodlarına baxması yolu ilə düzgün qərarların qəbul edilməsi üçün nəzərdə tutulub. “Klubların təmsilçiləri ilə birbaşa iclas keçirmək bizim üçün çox zəruri idi. Sistemin hansı hallarda tətbiq olunacağını hamının bilməsi mühümdür. Faydalı müzakirələr aparıldı və biz sistemlə bağlı müsbət rəylər aldıq”, -deyə Rozetti bildirib.

VAR sistemi Çempionlar Liqasının 2018/19 mövsümünün Bakıda keçiriləcək final matçında, Millətlər Liqasının iyunda Portuqaliyada və həmin ayda gənclər arasında Avropa çempionatının İtaliyada oynanılacaq final qarşıdurmalarında da tətbiq ediləcək. UEFA, həmçinin bu sistemdən 2020-ci ilin Avropa çempionatında və 2020/21 Millətlər Liqasında da qrup mərhələsindən başlayaraq istifadə etməyi nəzərdə tutur.

Hakimlərə videokömək sisteminin sınaqdan keçirilməsi 2016-cı ildə bəyənilib. Hazırda VAR sistemindən İtaliya, Almaniya və İspaniya çempionatlarında istifadə olunur. 2017-ci ildə keçirilən Konfederasiyalar Kuboku matçlarında, 2018-ci ildə Rusiyada dünya çempionatında da bu sistem tətbiq edilib. Belə ki, oyunun gedişində hakim matçı saxlaya və köməkçiləri ilə əlaqə saxlayaraq mübahisəli epizodun videoyazısına baxmağı xahiş edə bilər. Həmçinin hakim özü də epizodun təkrarını izləmək imkanına malikdir.

 

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR