Dərc edildi: Baxış sayı: 322
UEFA Belarus Futbol Federasiyasını cəzalandırıb
UEFA Belarus Futbol Federasiyasını (ABFF) 3 min avro məbləğində cərimələyib.
"Report" ABFF-in rəsmi saytına istinadən xəbər verir ki, səbəb azarkeşlərin Millətlər Liqasının II turunda Moldova ilə səfər matçı zamanı pirotexniki vasitələrdən istifadə etməsidir.
Bununla əlaqədar yerli federasiya oktyabrın 12-də Lüksemburq, oktyabrın 15-də Moldova ilə keçirəcəkləri ev oyunları zamanı azarkeşlərdən qaydaları pozmamalarını və ictimai asayişə əməl etmələrini istəyib.
Qeyd edək ki, D Liqasının II qurupunda keçirilmiş Moldova - Belarus matçı qolsuz bərabərliklə başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət