Dərc edildi: Baxış sayı: 533
UEFA Azərbaycanın viza anketində dəyişiklikləri alqışlayıb
Avropa Futbol Assosiasiyalarının İttifaqı UEFA Azərbaycan hakimiyyətinin elektron viza sisteminə (https://evisa.gov.az/ru) HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayıb.
Trend-in məlumatına görə, bu barədə UEFA-nın saytında yerləşdirilən bəyanatda deyilir.
"Beləliklə, UEFA Avropa Liqasının finalının meydan sahibləri Avropa futbol ittifaqının azarkeşlər adından etdiyi sorğusuna reaksiya verib", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət