Slimfit
  1. İDMAN

UEFA Azərbaycan klublarına 'Fair Play'ə görə ödəniş edib

UEFA Azərbaycan klublarına 'Fair Play'ə görə ödəniş edib
Sakura

UEFA Azərbaycan klublarına 'Fair Play'ə görə ödəniş edib

UEFA Çempionlar Liqasında və Avropa Liqasında 2018/19-cu il mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, Avropa futbol qurumu tərəfindən ayrılmış 73 min 170 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.

"Report"un məlumatına görə, "Qarabağ"a 54 min 120, "Keşlə", "Qəbələ" və "Neftçi"nin isə hərəsinə 6 min 350 avro ödəniş olunub. “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Qeyd edək ki, məbləğin 80%-i UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının seçmə mərhələlərini adlaya bilməmiş klublara bərabər hissələrlə paylanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR