UEFA Avropa Liqasının final oyunu üçün Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsi ilə bağlı nazirdən…
UEFA Avropa Liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.
A.Rəhimov qeyd edib ki, Bakıda otellərdə 17 mindən artıq otaq var: "Nəzərə alsaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər, bu onu göstərir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirə bilərlər".
Gənclər və İdman naziri daha sonra əlavə edib: “Təcrübə göstərir ki, Bakıda son illər çox sayda mənzillər də qonaqlara kirayəyə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. Formula 1 yarışına baxmaq üçün gələn qonaqlar da bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə də turistlər bu mənzillərdən istifadə edəcəklər”.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət