UEFA Avropa Liqasının final matçı Gəncədə maraqla izlənilib
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının açılış mərasimi Gəncədə böyük maraqla izlənilib.
Sakinlər Bakı Olimpiya Stadionunda keçirilən final matçını Gəncənin baş meydanında quraşdırılan monitordan izləyə biliblər. Bununla yanaşı futbol çay evləri və kafelərdə də Çelsi-Arsenal oyununun həyəcanı yaşanıb. Tamaşaçılar arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da olub.
Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan möhtəşəm açılış mərasimi Gəncədə qürurla izlənilib. “Çelsi” ilə “Arsenal”ın qarşı-qarşıya gəldiyi final oyununun həyəcanı isə öz yerində...
Matçın sonunda “Arsenal” azarkeşləri məyus olsalar da, “Çelsi” tərəfdarları “4-1”lik qalibiyyətin sevincini yaşayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət