Dərc edildi: Baxış sayı: 545
Udulmuş cek-pot məbləği bir alman və bir polyak arasında bölüşdürüləcək
Avropa lotereyasının iki iştirakçısı rekord məbləğdə cek-pota sahib olublar.
AZƏRTAC “Berliner Zeitung” qəzetinə istinadla xəbər verir ki, budəfəki cek-pot məbləği 90 milyon avroya bərabər olub. Bu məbləğin yarısı Şimali Reyn-Vestfaliya federal əyalətində yaşayan, adı bildirilməyən bəxtəvərə, o biri yarısı isə Polşaya göndəriləcək. Yeddi həftə üst-üstə toplanmış cek-pot bu dəfə öz sahibini tapıb.
Avropa cek-potunda uduş şansı 95 milyonda 1-ə bərabərdir. Klassik “6/49” formulu üzrə lotereyada uduş şansı isə xeyli aşağıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət