Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Üçlü sinir nevralgiyası zamanı tətbiq edilən xalq təbabəti üsulları

Üçlü sinir nevralgiyası zamanı tətbiq edilən xalq təbabəti üsulları
Sakura

Üçlü sinir nevralgiyası zamanı tətbiq edilən xalq təbabəti üsulları

Üçlü sinirin nevralgiyası kəskin, sızıltılı və küt ağrılar şəklində baş verir və ciddi narahatlıq yaradır. Xəstəlik zamanı çox vaxt ağrılar şaxələnir: birinci şaxə alın payını, ikinci şaxə yanaq, burun və üst çənəni, üçüncüsü isə alt çənəni əhatə edir. Ənsə sinirinin nevralgiyası zamanı ağrılar boyun və ənsə nahiyəsinə yayılır.

AZƏRTAC xəbər verir ki, xəstəliyin müalicəsi zamanı ultra yüksək tezlikli cərəyanlar terapiya, quru isti, ağrıkəsici dərman və vitaminlərdən istifadə olunur. Lakin ilkin mərhələdə bəzi xalq təbabəti üsullarından istifadə edilməsi təcrübəsi də var.

Yatmazdan əvvəl hər axşam ayaqlar isti suya qoyulur.

Yaşıl ətirşah yarpaqları dərilərək ağrı olan nahiyəyə kətan parça ilə bağlanır, üstündən isti şərflə sarınır. Prosedur gündə iki dəfə aparılır.

Eyni miqdarda soğan, kartof və duzlu xiyar doğranır, üzərinə 1 litr üzüm sirkəsi əlavə olunur, vaxtaşırı çalxalanaraq 2 saat saxlanılır. Alınan qarışıqla səhər və axşam ağrılı nahiyələrə 1 saat islatma qoyulur.

Qıtıqotu sıyığı ağrı nahiyəsinə qoyulur.

Səhər və axşam 1 çay qaşığı çiçək tozcuğu ilə B vitamini həbi qarışdırılaraq içilir.

1çay qaşığı sarımsaq yağı 1 stəkan araqla qarışdırılır və alınan məhlulla gündə alın və yanaqlar gündə iki dəfə silinir.

4 çay qaşığı gülxətmi kökləri qaynanmış soyuq su ilə qarışdırılır, tənzif isladılaraq yatmazdan əvvəl ağrılı nahiyələrə qoyulur. Bir-iki saatdan sonra islatma götürülür və üzü bürüyərək yatırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR