Slimfit
  1. İQTİSADİYYAT

Ucarda 2000 hektarda pambıq yığımına başlanılıb

Ucarda 2000 hektarda pambıq yığımına başlanılıb
Sakura

Ucarda 2000 hektarda pambıq yığımına başlanılıb

Ucarda cari mövsümdə 2000 hektarda “ağ qızıl” yetişdirilib və bir neçə gündür ki, kütləvi məhsul yığımına başlanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda hər gün tarlalara 350 nəfərdən çox işçi qüvvəsi çıxır. Qısa vaxtda 40 ton pambıq yığılıb və bunun 18 tonu Kənd Təsərrüfatı Nazirliyinin yeni istifadəyə verilən Ucar pambıq emalı zavoduna təhvil verilib.

Rayonun əksər ərazilərində, xüsusilə daha çox məhsul yetişdirilən Bərgüşad, Şahlıq, Xələc və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” yığımı daha mütəşəkkil davam etdirilir. Ümumiyyətlə, hər yerdə fermerlər ağır zəhmət bahasına yetişdirilən məhsulun itkisiz toplanması üçün bütün qüvvələri səfərbərliyə alıblar.

Qeyd edək ki, cari mövsümdə rayonda hər hektardan orta hesabla azı 20 sentner “ağ qızıl” istehsal olunacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR