Slimfit
  1. DÜNYA

Uçan taksi saatda 100 km sürəti aşdı

Uçan taksi saatda 100 km sürəti aşdı
Sakura

Uçan taksi saatda 100 km sürəti aşdı

Alman şirkəti Liliumun istehsal etdiyi taksinin sınaq uçuşunun ilk mərhələsi reallaşdırılıb.

"Ölkə.Az" milli.az-a istinadən bildirir ki, bu, şaquli şəkildə enmə və qalxma həyata keçirə bilən elektromobil taksidir.

Şirkət nümayəndəliyi tərəfindən bildirilib ki, beş nəfərlik tutumu olan ilk uçan taksinin sürəti saatda 100 km-ə çatır. Şərhdə qeyd olunub ki, şirkət taksini 2025-ci ildən etibarən böyük şəhərlərdə xidmətə təqdim etməyi planlaşdırır. Həmçinin uçuşların müvəffəqiyyətlə həyata keçməsi istehsal gücünün artırılmasına da təkan verəcəyi proqnozlaşdırılır.

350 işçisi olan Lilium şirkəti 2025-ci ilə qədər Münhen yaxınlığında ikinci fabriki quraraq 500 yeni iş yeri açacaq. Sözügedən taksinin qanadlarında 36 elektrik mühərriki var. Taksi tam uçuşa hazır olduqda saatda 300 km sürətlə 300 km məsafə qət edə biləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR