Slimfit
  1. TEXNOLOGİYA

Uçan avtomobillər Yaponiyada gerçəkləşir

Uçan avtomobillər Yaponiyada gerçəkləşir
Sakura

Uçan avtomobillər Yaponiyada gerçəkləşir

Elmi-fantastik əsərlərdə tez-tez gələcəyin simvolu olaraq göstərilən uçan avtomobillər sonda reallığa çevrilə bilər.

Ens.az Ted.az-a istinadən xəbər verir ki,Yaponiya hökuməti bu avtomobillərin 2023-cü ilə qədər hazırlanmasını istəyir.

Bu yaxınlarda Yaponiyanın SkyDrive şirkəti SD-XX-i təqdim etmişdi.

Elektriklə işlədiyi üçün eVTOL olaraq təsnif edilir. Sürəti saatda 100 kilometrə çata bilən nəqliyyat vasitəsi 2 sərnişin daşıya bilər. Firma ümid edir ki, bu yay ilk uçuş sınaqlarını başa çatdırmaq mümkün olacaq.

Şirkətin CEO-su olan Toyota şirkətinin keçmiş mühəndisi Tomohiro Fukuzawa Tokio və ya Osaka kimi böyük şəhərlərdə hava taksi xidmətləri göstərməyi düşündüklərini söyləyib. Bu şəhərlərin seçilməsinin səbəbi, dəniz üzərində uçmağın hələ riskli olaraq görülməsidir.

Fukuzawa nəqliyyat vasitəsinin əsasən avtopilotda hərəkət edəcəyini, eyni zamanda mümkün bir qəza halında manevr etmək üçün pilotun da lazım olacağını bildirib. Şirkət 2028-ci ilə qədər ən az 100 avtomobil satmaq niyyətindədir. CEO-nun açıqlamalarına görə SD-XX "bahalı bir avtomobil qiymətinə" satılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR