Slimfit
  1. DÜNYA

Üç yaşlı qız çətin riyaziyyat məsələlərini asanlıqla həll edir

Üç yaşlı qız çətin riyaziyyat məsələlərini asanlıqla həll edir
Sakura

Üç yaşlı qız çətin riyaziyyat məsələlərini asanlıqla həll edir

Vaşinqtonda yaşayan üç yaşlı Eyden adlı qız hamını təəccübləndirib.

Ölkə.Az” xəbər verir ki, Eyden anasının köməyi ilə hər gün 4-5-ci siniflərə aid riyaziyyat tapşırıqlarını həll edir.

Eyden hələ məktəbə getmir. Amma hər səhər yuxudan oyanan kimi yazı lövhəsinin qarşısına keçir və məsələləri həll edir. 3 yaşlı qızcığaz riyaziyyatla çox maraqlanır və bu dəqiq elmdə asanlıqla mükəmməl biliklərə yiyələnir. Eydenə çətin misallar oyun kimi gəlir.

Bundan başqa Eyden kimya ilə maraqlanır, oxumağı və yazmağı bacarır, şahmat oynamağı xoşlayır. O, asanlıqla anasını şahmatda məğlub edir.

Qızcığaz iki yaşı olanda birdən oxumağı və yazmağı öyrəndir. Onun anası da riyaziyyatı xoşladığı üçün qızını lövhə qarşısına keçirdi və dəqiq elmləri öyrətməyə başladı.

Sintiya Ediniq düşünür ki, qızı 5 yaşına çatanda riyaziyyatı o səviyyədə biləcək ki, xüsusi məktəbdə, ən azı beşinci sinifdən dərsə başlayacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR