Dərc edildi: Baxış sayı: 400
Üç güləşçimiz beynəlxalq turnirin finalında
Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən Qran-Pri turniri davam edir. SİA-nın məlumatına görə, 22 ölkədən 300-dən artıq idmançının qatıldığı ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edirlər.
İlk yarış günündə 57, 65, 74, 86, 97 kiloqramda sərbəst, 50, 55, 59, 65 və 72 kiloqram çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıblar.
Üçqat dünya çempionu Hacı Əliyev (65 kq), eləcə də Murad Süleymanov (86 kq) və Tatyana Omelçenko (59 kq) finala yüksəliblər. İrina Netreba (65 kq) isə bürünc medala iddialıdır.
Qeyd edək ki, həlledici görüşlər bu gün keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət