Dərc edildi: Baxış sayı: 577
Uber dənizin altında xidmət göstərməyə başlayır
“Uber” Avstraliyada dənizin altında taksi xidməti ilə məşğul olacaq. Bu məqsədlə şirkət hazırladığı “Scuber” xidmətini təqdim edib.
“Seanews.az” xəbər verir ki, müştərilər bu xidmətdən istifadə edərək bir saat müddətində Böyük Sədd rifini gəzə biləcək. Xidmətin qiyməti iki nəfər üçün 2070 dollar təşkil edəcək.
Dənizaltı taksi xidmətini çağırmaq üçün Uberə məxsus tətbiqdən istifadə mümkün olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət