Dərc edildi: Baxış sayı: 494
Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub
Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.
Qeyd edək ki, Anri peşəkar futbolçu karyerasına da “Monako”da başlayıb. O daha sonra İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona” və ABŞ-ın “Nyu-York Red Bullz” komandalarının formasını geyinib. 2015-ci ildə “Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət