Dərc edildi: Baxış sayı: 398
'Twitter' hesabların kütləvi təmizlənməsinə hazırlaşır
"Twitter"in rəhbərliyi altı aydan çox sosial şəbəkəyə daxil olmayan istifadəçilərə xəbərdarlıq mesajları göndərməyə başlayıb.
"Report" "The Verge" nəşrinə istinadən xəbər verir ki, dekabrın 11-dək istifadəçi adı və şifrədən istifadə edilməyəcəyi təqdirdə həmin şəxslərin profilləri silinəcək.
"Twitter" istifadəçilərinə etibar edəcəkləri daha dəqiq və etibarlı məlumatları təqdim etmək üçün qeyri-aktiv hesabların silinməsi üzərində işləyirik. İnsanları qeydiyyatdan keçdikdən sonra sosial şəbəkədən fəal istifadə etməyə çağırırıq", - şirkətin məlumatında deyilir.
Qeyd olunur ki, profillərin silinməsi prosesi bir neçə ay çəkəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət