Slimfit
  1. İQTİSADİYYAT

Türkmənistan və Azərbaycan beynəlxalq daşımaların iştirakçıları üçün viza rejimini sadələşdiriblər

Türkmənistan və Azərbaycan beynəlxalq daşımaların iştirakçıları üçün viza rejimini sadələşdiriblər
Sakura

Türkmənistan və Azərbaycan beynəlxalq daşımaların iştirakçıları üçün viza rejimini sadələşdiriblər

Türkmənistan və Azərbaycan iki ölkənin əraziləri vasitəsilə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejimini sadələşdiriblər.

Trend xəbər verir ki, bu barədə Türkmənistan Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistan Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzalayıblar.

 

Türkmənistanın Dövlət Miqrasiya Xidməti bu sazişin icrası üzrə səlahiyyətli dövlət qurumlarından biri kimi müəyyən edilib. Sənədə əsasən yaradılan şərait ölkənin nəqliyyat-logistika sahələrinin inkişafına təkan verəcək.

Qeyd olunur ki, qısa müddətdə vizaların rəsmiləşdirilməsi, müddətlərinin artırılması, həmçinin ölkədə qalma müddətinin uzadılması, öz növbəsində, ticari-iqtisadi münasibətlərin daha da yaxşılaşmasına səbəb olacaq.

Xatırladaq ki, iqtisadiyyat naziri Şahin Mustafayev 2018-ci ilin yanvar-sentyabr aylarında Türkmənistandan Azərbaycan ərazisi ilə qeyri-neft tranzitinin həcminin 190 min ton təşkil etdiyini deyib. Nazir qeyd edib ki, bu, Türkmənistandan Azərbaycan vasitəsilə tranzitin ümumi potensialını əks etdirmir və gələcəkdə bu göstərici dəfələrlə artacaq. Bundan başqa, o bildirib ki, Azərbaycanla Türkmənistan arasında yük daşıyıcıları üçün viza rejimi sadələşdiriləcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana səfəri çərçivəsində imzalanmış müvafiq sazişdə nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR