Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkmənistana rəsmi səfərə gedib
Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkmənistana rəsmi səfərə gedib.
Oxu.Az News-asia.ru portalına istinadən xəbər verir ki, Aşqabadda keçiriləcək rəsmi sammitin Azərbaycan və Türkmənistan arasında ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı naminə yüklərin daşınması sahəsində əməkdaşlıq məsələlərinə həsr olunması planlaşdırılır.
Razılaşmanın ən vacib məsələlərindən biri yüklərin daşınması məsələlərinin operativ həlli üçün Türkmənistan-Azərbaycan birgə komissiyasının yaradılmasıdır.
Qeyd edək ki, razılaşma imzalandıqdan sonra gömrük, viza və inzibati nəzarət prosesləri sadələşdiriləcək.
İmzalanması planlaşdırılan digər vacib məsələ “Azərbaycan Dəmir Yolları” ASC ilə Türkmənistan Dəmir Yolları Nəqliyyatı Nazirliyi arasındakı sazişdir. Yeni sazişdən sonra hər iki ölkə ərazisindən daşınan yüklərə 50 faiz endirim etmək mümkün olacaq.
Daha bir razılaşmanın “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” ASC ilə Türkmənistan Dəniz və Çay Nəqliyyatı Dövlət Xidməti arasında imzalanması planlaşdırılır.
Daxil olan məlumatlara görə, prezidentlər qeyri-rəsmi şəxsi söhbət zamanı hər iki dövlət üçün mühüm layihəni müzakirə etmək niyyətindədirlər. Liderlər Türkmənistandan Xəzər dənizin dibi ilə Azərbaycana çəkiləcək, daha sonra isə Cənub Qaz Dəhlizinin bir hissəsi olacaq layihəni müzakirə edəcəklər.
Bu layihə Türkmənistan və Azərbaycan iqtisadiyyatı üçün vacibdir, çünki bir tərəf bilavasitə istehlakçı, ikinci tərəf isə böyük qaz ehtiyatlarının Türkiyə və Avropa ölkələrinə ötürücüsü ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox