Slimfit
  1. DÜNYA

Türklərə qarşı radikal təklif: Simvolları qadağan edilsin!

Türklərə qarşı radikal təklif: Simvolları qadağan edilsin!
Sakura

"Bozqurdların bu salamı Almaniyadakı konstitusion nizama qarşı olan bir təşkilatın işarəsidir və qadağan…

Almaniyada "bozqurd" işarəsi qadağan edilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Avstriyanın bir müddət əvvəl qəbul etdiyi, əl ilə siyasi simvollar göstərmək qadağası, indi də Almaniyada gündəmə gəlib.

 

Məlumata görə, kansler Angela Merkelin partiyası olan Xristian Demokrat Partiyasının üzvü, daxili siyasət mütəxəssisi Kristof de Vires ölkədə "bozqurd işarəsi olaraq bilinən barmaq işarələrinin göstərilməsinin" qadağan edilməsi tələbi ilə çıxış edib.

"Mən açıq şəkildə Türk milliyətçi və irqçi təşkilatının simvolu olan işarənin qadağan edilməsinin tərəfdarıyam. Faşizmin insanları xor görən və ya təhdid təsiri bağışlayan hər cür siması cəmiyyətimiz üçün təhlükəlidir" — deyə de Vires bildirib.

Türkiyə əleyhinə açıqlamaları ilə tanınan, əslən Türkiyədən olan Almaniyanın Sol Partiyasından millət vəkili Sevim Dağdələn da bu təklifi dəstəkləyib: "Bozqurdların bu salamı Almaniyadakı konstitusion nizama qarşı olan bir təşkilatın işarəsidir və qadağan edilməlidir".

Qeyd edək ki, Avstryada 1 mart 2019-cu ildən etibarən bu işarələrdən istifadəni qadağan edən qanun qüvvəyə minəcək.

"Bozqurd" işarəsi, daha çox Milləyyətçi Hərəkat Partiyasının yaradıcısı olan Alparslan Türkeşin adı ilə bağlıdır. Əslində isə, bu işarə türklərə İslamdan əvvəlki mədəniyyətdən miras qalıb. keçib. Bu işarə türk xaqanları üçün qələbə mənası daşıyıb.

Maraqlıdır ki, bu işarəni göstərənlər arasında keçmiş ABŞ prezidenti Barak Obama da var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR