Dərc edildi: Baxış sayı: 567
Türklərə qarşı bu əməl yolverilməzdir - Sədr
Müsəlman dostlarımıza qarşı bu iyrənc əməli edənləri kəskin şəkildə qınayıram.
Axar.az xəbər verir ki, bu sözləri türklərin poçt qutularına xaç və nüvə bombasının simvollarının göndərilməsinə münasibət bildirən Köln şəhərinin bələdiyyə sədri Henrite Reker deyib.
O qeyd edib ki, türk-müsəlmanlara qarşı belə hərəkətlər qəbuledilməzdir:
"Müsəlman-türk dostlarımıza qarşı bu iyrənc əməli edənləri kəskin şəkildə qınayıram. Poçt qutularına göndərilən və bütün kölnlülər üçün utanc verən bu təhdid məktubları əsla qəbul oluna bilməz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət